Tehrandan Bakıya velosipedlə gəlir - Fotolar

tehrandan-bakiya-velosipedle-gelir
Oxunma sayı: 1851

İranın Tehran şəhərinin Kərəc ostanlığının 44 yaşlı sakini Murtuza Fərhəng Bakıda keçirilən Novruz şənliklərinə velosipedlə 800 km-ə yaxın yol qət etməyə qərar verib.

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, təkcə Astaradan Salyan şəhərinə qədər olan yolu 2 günə qət edib.

Velosipedçi bu gün Salyanda gecələyərək, sabah Bakıya çatıb, Novruz şənliklərində iştirak etmək niyyətindədir.