Sümük-əzələ ağrılarının səbəbi məlum oldu

sumuk-ezele-agrilarinin-sebebi-melum-oldu
Oxunma sayı: 4028

Böyük Britaniyanın Mançester Universitetinin alimləri sümük-əzələ ağrılarının D vitamininin çatışmazlığı səbəbindən baş verdiyini sübut ediblər.

Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, mütəxəssislər 2 min 300 nəfəri təcrübəyə cəlb ediblər. Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, fiziki cəhətdən fəal olmayan və psixoloji pozğunluğu olan insanlarda xroniki ağrılara D vitamini çatışmazlığından yaranır. Əvvəllər həkimlər sümük-əzələ ağrılarının radikulit üzündən baş verdiyini hesab edirdilər. Həkimlərin fikrincə, orqanizmdə D vitamininin kifayət qədər olmaması sümüklərin yumşalmasına gətirib çıxarır. Belə hallarda tədqiqatçılar günəş vannası qəbul etməyi məsləhət görürlər.