“Sevgilim 10 ev, 2 milyonluq maşın alsa, nə desə edərəm” - Fenomen DJ

sevgilim-10-ev-2-milyonluq-masin-alsa-ne-dese-ederem
Oxunma sayı: 4097

Qısa zaman ərzində sosial şəbəkələrdə milyonlarla izləyici toplayan DJ Kerimcan Durmazın “Posta” qəzetinə verdiyi müsahibə maraqla qarşılanıb. “Qafqazinfo” qəzetə istinadən xəbər verir ki, DJ müsahibədə işindən, fərqli həyat tərzinə olan münasibətdən, dini inancından, eşq həyatından danışıb.

İlk olaraq tanınmış bir makiyaj markasında vizajist kimi çalışan Kerimcan uşaqlıqdan məşhur olmaq istədiyini bildirib:

“Uşaq yaşlarımdan məşhur olmaq istəyirdim və bu arzum sosial media vasitəsi ilə gerçək oldu. Fərqli olduğum üçün məktəb vaxtı bir qədər çətinliklərim olub. Mən çox mühafizəkar bir ölkədə yaşayıram. Mənim kimilərdən narahat olan çox adam var. Mən onların zəfəriyəm”.

Hər hansı bir pis vərdişinin olmadığını deyən Kərəmcan ailəsinin hər zaman arxasında olduğunu əlavə edib. Daha sonra jurnalistin eşq həyatı ilə bağlı suallarını cavablandıran 22 yaşlı fenomen çox adam onun arxasınca qaçsa da, hazırda heç kimi sevmədiyini vurğulayıb:

“Aşiq olduğum biri yoxdur. Sevəcəyim şəxs həm maddi, həm də mənəvi baxımdan məndən üstün olmalıdır. Səfeh adamlara dözə bilmirəm, ağıllı birisini istəyərəm. 22 yaşım var, sevdiyim adamın da 26-27 yaşı olsa, yaxşı olar”.

Daha sonra “İşini at desə, çox güman atmaram. Yox əgər Mayamidə 10 milyonluq ev, 2 milyonluq maşın, İstanbulda 10 ev alsa, şirkətdən hissələr hədiyyə etsə, bax onda bütün bu dəbdəbəli həyatı, işimi, məşhurluğu sonlandıra bilərəm. Sevgi qarın doydurmur, gələcəyi qarantiyaya almaq lazımdır” sözlərini əlavə edib.

Tez-tez səyahətlərdə olan, Acun Ilıcalı, Fatih Ürek, Hülya Avşar, Merve Boluğur kimi məşhurlarla dostluq edən Keremcan qatı dindar olduğunu da bildirib. Onun sözlərinə görə, namaz qılıb oruc tutduğunu, vaxtı olduqca Quran oxuduğunu deyib:

“Duasız heç bir işim yoxdur. Bu mövzuda mühafizəkaram. Nəsə paylaşan zaman buna mütləq diqqət edirəm. Mən özümü olduğum kimi sevirəm və hər kəsdən də hörmət gözləyirəm. Kənardan görünən bir şey var ki, kişiyəm. Cinsiyyətimi də heç bir zaman dəyişmərəm”.