Səkkiz yüz yaşı olan sirli skelet

sekkiz-yuz-yasi-olan-sirli-skelet
Oxunma sayı: 1469

Avstraliyanın Qriffit Universitetinin alimləri bu ölkənin Yeni Cənubi Vels ərazisində aparılan tədqiqat zamanı 800 illik tarixi olan kişi skeletini aşkarlayıblar.

“Qafqzinfo” AzərTac-a istinadən xəbər verir ki, tədqiqatçılar bu insanın başından aldığı bumeranq zərbəsi nəticəsində dünyasını dəyişdiyini müəyyən ediblər. Aparılan araşdırmalar nəticəsində aydın olub ki, ağacdan düzəldilmiş döyüş bumeranqı tayfalar arasında münaqişələr zamanı istifadə olunub.

Qeyd edək ki, skeletin yaxınlığında üzərində insan, silah, qalxan və bumeranq təsvirləri olan qayalar da tapılıb.