Sahil Bağında Xocalı haqda rəsm müsabiqəsi - Fotolar

sahil-baginda-xocali-haqda-resm-musabiqesi-
Oxunma sayı: 990

Səbail rayonunda Xocalı şəhərindən köçkün düşərək rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mərasimində çıxış edən icra başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Bildirib ki, bu gün prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmindir.

Tədbirdə çıxış edən Xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə «Sahil bağı»nda rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olublur. Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel, karaşdaşlarla çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdiriblər. Sərgi çox böyük maraqla izlənilib, Xocalıların da daxil olduğu münsiflər heyətinin qərarı ilə qaliblər müəyənləşdirilib, onlar və müsabiqədə fərqlənən bir qrup məktəbli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.