Rus pilotun ailəsinə Türkiyədə ev hədiyyəsi

rus-pilotun-ailesine-turkiyede-ev-hediyyesi
Oxunma sayı: 2989

Rus pilotun öldürülməsindən sonra Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik aradan qaldırılmağa başlanıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, münasibətlərin normallaşması istiqamətində atılan addımlardan biri də SU-24 təyyarəsinin öldürülən pilot Oleq Peşkovun ailəsinə Türkiyədə ev verilməsi təşəbbüsüdür. Bu təklifi Kəmər bölgəsinin bələdiyyə sədri Mustafa Gül Rusiyanın Antalyadakı Baş Konsulu Aleksandr Tolstopyatenkoyu konsulluqda ziyarət edən zaman irəli sürüb.

Sədr və baş konsul bir müddət mətbuata qapalı görüşüb, sonra isə Gül konsula tablo və türk şirniyyatı hədiyyə edib. Bu zaman hər iki şəxs arasında maraqlı söhbət baş tutub. Belə ki, türkiyəli sədr “Əlaqələrimizin şirin qalması üçün sizə türk şirniyyatı gətirmişəm”-deyib.

Hədiyyəni qəbul edən Tolstopyatenko isə “Türk şirniyyatları həmişə ləzzətlidir. Gələn dəfə mən rus şirniyyatları ilə sizi ziyarətə gələcəm. Cənab sədr, rus vətəndaşlarına qarşı yaxşı əməllərinizə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, bizim gələcək əlaqələrimiz çox uğurlu olacaq”- deyə cavab verib.

Daha sonra Mustafa Gül öldürülən pilota ev verilməsi məsələsinə toxunub və təklifləri qəbul olunduğu təqdirdə çox sevinəcəklərini, eyni zamanda həlak olan pilotun ailəsini Kəmərdə həmyerliləri kimi görməkdən xoşbəxt olacaqlarını deyib.

Aysel Kərimova