Rövşən Lənkəranskinin məzar daşı Bakıda hazırlanıb

rovsen-lenkeranskinin-mezar-dasi-bakida-hazirlanib
Oxunma sayı: 10028

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev yayılan şaiyələr və onun qəbirüstü abidəsi ilə bağlı danışıb.

Qafqazinfo” xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bildirib ki, Rövşənin qəbirüstü abidəsi ilində qoyulacaq: "Bu işlə ağsaqqal dayım məşğuldur”.

Sinə daşının xaricdə hazırlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən N.Canıyev deyib ki, bunlar tamamilə yanlış fikirlərdir: "Hansı ağılsız buradan gedib Hindistanda və ya Banqladeşdə qəbir daşı düzəltdirər?Rövşənin qəbirüstü abidəsi Bakıda hazırlanıb”.

Mərhumun qardaşı Rövşənin ölməməsi ilə bağlı yayılan şaiyələrlə bağlı bildirib ki, bu, cəfəngiyatdır: ”Bu fikri səsləndirənlər yəqin, öz ölüləri haqqında da belə danışırlar. Başqa nə deyə bilrəm?”.