Rəşid Mahmudov dediyini təkzib etdi

resid-mahmudov-dediyini-tekzib-etdi
Oxunma sayı: 5108

Gədəbəylə bağlı qalmaqallı iddia irəli sürən "Su İstehsalçıları" İctimai Birliyinin sədri Dövlət Məmmədov və Gədəbəydən olan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov arasında anlaşılmazlıq baş verib. O, daha öncə Dövlət Məmmədovun həyat yoldaşını erməni adlandırıb.

Qafqazinfo” xəbər verir ki, PrimeTime.Az-a açıqlama verən R.Mahmudov dediyi fikirləri təkzib edib. O, söylədiyi fikirlərin səhv olduğunu etiraf edib: "Mənim səslənləndirdiyim fikirlər səhvdir. Bir nəfərdən eşidib, inanmışdım. Mən o ailəni gözəl tanıyıram. Bizim Dövlət Məmmədovla illərə söykənən dostluğumuz var. Fikirlərimi yalnış ifadə etmişəm. Elə jurnalistlər də məni yalnış anlayıblar. Onun xanımını da tanıyıram. Türk qızıdır, İçəri Şəhərdə anadan olub. Dövlət Məmmədov özü isə vətənpərvər insandır. Birinci Qarabağ savaşında Gədəbəy bölgəsinə maddi yardımlar edib. Onun ailəsi də olduqca patriotdur".

Sayt yazır ki, Dövlət Məmmədovun həyat yoldaşı Elmira Məmmədova 1947-ci ildə Bakının İçəri Şəhərində, bəy ailəsində dünyaya göz açıb. Atası Ağabəyov Adil Həcibala oğlu, anası Ağabəyova Bibixanım Məşədisoltan qızı olublar. Elmira Məmmədova (Ağabəyova) təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində alıb. Onun təhsilə yiyələnməsinə səbəb bir başa Ulu Öndər Heydər Əliyev olub. Məhz Elmira Məmmədova Ümumilli lider Heydər Əliyevin 1969-cu ildə xaricə təhsil almağa yolladığı ilk azərbaycanlı tələbələrdəndir.