“Qara bazar”da dollar neçəyədir?

qara-bazarda-dollar-neceyedir
Oxunma sayı: 4873

Yanvarın 18-da “qara bazar"da dolların məzənnəsi dəyişməyib.

Qafqazinfo” xəbər verir ki, Fins.az-ın yazdığına görə, səhər saatlarında dollar alışı 1.84 manat, satışı isə 1.86 manat olaraq qalıb.

Qeyd edək ki, yanvar ayının 16-də keçirilən valyuta hərracından sonra dolların bahalaşması, bundan əlavə Mərkəzi Bankın ilk dəfə olaraq dolları rekord (1.8045 manat) səviyyədə bahalaşdırması “qara bazar”da dolların yenidən bahalaşmasına səbəb oldu. Nəticədə dolların alışı 1.83 manatdan 1.84 manata, satışı isə 1.85 manatdan 1.86 manata yüksəldi.