“Psixoloji yardım haqqında” qanun müzakirəyə çıxarıldı

psixoloji-yardim-haqqinda-qanun-muzakireye-cixarildi
Oxunma sayı: 1583

Milli Məclisin Səhiyyə Komitəsinin iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, bu qanun layihəsində psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Qanun layihəsinə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər.

Psixoloji yardımın növləri psixoloji məsləhət, psixoloji korreksiya, psixoloji proflaktikadır. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardım alan şəxslərin arzusu ilə ona anonim göstərilə bilər. Mülkiyyət növündən asılı olmayaraq istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər.

Günel Türksoy