Olimpiya çempionu 7 polislə dalaşdı - Axırda döyüldü+Video

olimpiya-cempionu-7-polisle-dalasdi
Oxunma sayı: 7453

Güləş üzrə olimpiya çempionu Vyaçeslav Olinik polislə dalaşarkən görüntülənib.

"Qafqazinfo" xəbər verir ki, veteran güləşçi 50 yaşını qeyd etmək üçün dostları ilə əylənməyə gedərkən sərxoş halda maşın sürərkən yaxalanıb. Polislə mübahisəyə başlayan ukraynalı idmançı cəza almamaq üçün müqavimət göstərib. 7 polislə dalaşan güləşçiyə qarşı sonda bibər qazından istifadə olunub.

Nəticədə, olimpiya çempionu qanlar içində saxlanılıb.