O, Türkiyənin ən gənc və yeganə qadın naziridir - Video

o-turkiyenin-en-genc-ve-yegane-qadin-naziridir
Oxunma sayı: 6617

Bu gün Türkiyə baş naziri Binəli Yıldırım tərəfindən ailə və sosial siyasətlər naziri təyin olunan Fatma Betül Sayan Kaya vətəndaşlar tərəfindən ən çox marağa səbəb olan nazir olub. Belə ki, hökumətin siyahısı açıqlanandan sonra Kaya “Google”da adı ən çox axtarışa verilən şəxslərdəndir.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Fatma Kaya 65-ci hökumətin ən gənc və yeganə qadın naziridir.

O, 2009-cu ildə AK partiyasının üzvü seçilib. 2012-ci ilə qədər AKP sədrinin (R.T. Ərdoğan) müşaviri kimi fəaliyyyət göstərib. 2014-cü ildə keçirilən seçkilərdə Ərdoğanın İstanbuldakı seçki ofisində mətbuat xidmətinin rəhbəri kimi çalışıb.

Nazir uşaq psixoloqu İlyas Kaya ilə ailəlidir, 2 övladı var. İngilis və alman dillərini bilir.