Möcüzə kimi meyvə - Alimlərdən yeni tapıntı

mocuze-kimi-meyve
Oxunma sayı: 6487

Nar qabığı bir çox xəstəliklərin dərmanıdır.

Qafqazinfo” xəbər verir ki, tərkibində bol vitamin və antioksidant olan nar sağlamlıq üçün olduqca qiymətli meyvə hesab edilir. Elmi araşdırmalar zamanı müəyyən edilib ki, narın özü kimi qabığı da bir çox xəstəliklərdən qorunmağa kömək edir.

Belə ki, nar qabığı döş, qida borusu, dəri, bağırsaq, prostat və mədəaltı vəzi xərçəngi ilə mübarizədə effektivdir.

Bəs, nar qabığından necə istifadə etmək lazımdır? Kölgədə və ya 40-50 dərəcə istilikdə qurudulan nar qabıqları ovularaq 100 qram qaynamış suya atılır. Təxminən 10 dəqiqə qaynadılan su hər gün çay əvəzi içilir.

Bundan başqa, qurudulmuş nar qabığını üyüdüb salatların tərkibinə də qatmaq mümkündür.

Aysel Kərimova