Milyarder xanımından ikinci dəfə boşanır - 16 milyon ödəyəcək

milyarder-xanimindan-ikinci-defe-bosanir-
Oxunma sayı: 3649

Milyarder İlon Mask və aktrisa Talula Rayli yenidən boşanır.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder və aktrisa artıq razılığa gələrək bütün zəruri sənədləri məhkəməyə təqdim ediblər.

Xatırladaq ki, İlon 2015-ci ildə xanımından ayrılmaq üçün bir dəfə məhkəməyə müraciət edib. Ancaq milyarder 6 aydan sonra fikrindən daşınıb. 2016-cı ilin martında isə aktrisa Talula boşanmaq qərarına gəlib. Cütlük daha əvvəl 2010-cu ildə ailə qursa da 2012-ci ildə boşanıb. Onlar 2013-cü ildə isə yenidən nikah masasına oturublar.

Milyarderin aktrisaya 16 milyon dollar təzminat ödəyəcəyi qeyd edilib.

Qeyd edək ki, “Tesla Motors” və “SpaceX” şirkətinin sahibi olan İlon Maskın 12 milyard dollar sərvəti var.