Milyarder insanları Marsa necə aparacağından danışdı - Video

milyarder-insanlari-marsa-nece-aparacagindan-danisdi
Oxunma sayı: 1820

SpaceX kosmik şirkətinin yaradıcısı İlon Mask insanları Marsa köçürmək üçün nəhəng flot yaratmağın vacibliyini qeyd edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə milyarder Meksikada keçirilən astronavtların beynəlxalq konqresindəki çıxışında deyib.

O, Marsı tam mənimsəmək üçün 100 adamı daşıya biləcək 1000 gəminin lazım olduğunu bildirib.

Ekspertlərin qiymətləndirməsinə əsasən demək olar ki, hazırda 1 nəfərin Marsa getməsi 10 milyard dollara başa gəlir.

Mask qeyd edir ki, Marsda tam olaraq koloniya qurmaq üçün bir istiqamətli biletin qiymətini bir neçə yüz minə qədər endirmək lazımdır. Bunun üçün isə kosmik gəmilər bir neçə dəfə enib qaxlmağı bacarmalıdır.

Layihə üçün hazırlanacaq gəmilərdə yanacaq kimi metan-oksigen buxarından istifadə olunmasına qərar verilib. Çünki, metanı Marsda da istehsal etmək olar və onun saxlanılması digər yanacaqlar növləri kimi çətin deyil.