Maşınını hələ də sovet nömrəsi ilə sürənlər var - Video

masinini-hele-de-sovet-nomresi-ile-surenler-var
Oxunma sayı: 5347

Hələ də avtomobilini köhnə sovet dövlət nömrə nişanı ilə idarə edən sürücülər var. Bakı kəndlərində və ucqar kəndlərdə rast gəlinən həmin avtomobillər də xüsusən elə sovet istehsalı olan maşınlardı.

Bu isə bir sıra suallar ortaya çıxarır. 25 ildir müstəqil olan Azərbaycanda belə maşınları indiyədək dövlət yol polisi görməyib? Yaxud bu avtomobillər ümumiyyətlə texniki baxışdan keçmir?

Ekspertlərin sözlərinə görə, sovet dövlət nömrə nişanı ila avtomobili idarə edən sürücü aşkar edilərsə ona hansısa cərimə yazılıb sərbəst buraxılmamalıdır. Məcburi şəkildə avtomobil yenidən qeydiyyata alınmalıdır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə isə, belə avtomobillər təhlükəsiz şəhər kameraları vasitəsi ilə aşkar edilirsə dərhal həmin ərazi üzrə xidmətdə olan yol ptarul avtomobillərinə xəbər verilir və yol hərəkətindən kənarlaşdırılır.

"Qafqazinfo" xezerxeber-in mövzu ilə bağlı hazırladığı materialı təqdim edir: