Marsa enən zondda problem - Əlaqə kəsilib

marsa-enen-zondda-problem-
Oxunma sayı: 1592

Mars planetinə enən “Skiaparelli” zondu ilə əlaqə kəsilib.

Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin rəhbəri Paolo Ferri jurnalistlərə açıqlamasında bildirib.

Ferrinin sözlərinə görə, eniş zamanı baş verənləri anlamaq üçün daxil olan məlumatları diqqətlə analiz etmək lazımdır. O, “Nəticə çıxarmaq hələ tezdir, ancaq yaxşı hadisənin baş vermədiyi aydındır”, deyə qeyd edib.

“Skiaparelli” zondunun əsəs vəzifəsi atmosferə giriş üçün texnologiyanın hazırlanması, enmə və tədqiqatların aparılması olub.