Mağazaların “daxili kredit”i 50 faiz baha olur

magazalarin-daxili-krediti-50-faiz-baha-olur
Oxunma sayı: 1095

Faizsiz, ilkin ödənişsiz və tək şəxsiyyət vəsiqəsi ilə yerində kredit qulağa nə qədər xoş səslənsə də, reallıq bunun tam əksini göstərir.

Qafqazinfo” xezerxeber.az-a istinadən bildirir ki, mağaza daxili kreditlər verilərkən şərtlər asan olsa da, bəzən məhsulun krediti sonda malın dəyərinin 50% dən də artıq olur.

Mağaza daxili kreditlərin faizinə nəzarət etmək mümkün olmadığından sonda bu şişirdlimiş qiymətlərdən daha çox vətəndaşlar əziyyət çəkir. Ekspertlər isə bank faizindən də baha olan belə kreditlərə müştərilərin daha çox üstünlük verməsinin səbəbini prosedurun sadə olmasında görürlər.

Bankdan hər hansısa məbləğdə istehlak krediti götürdükdə bunun üzərinə maksimal gələn məbləğ 30%-dən çox olmur. Mağazalarda isə bundan fərqli olaraq, hətta banklardakı ən yüksək faiz dərəcəli kreditdən belə iki dəfə çox baha başa gəlir.

Banklara maksimum faizlə bağlı məhdudiyyət tövsiyyələri olsa da, mağaza daxili kreditlərdə olan faizlərə bunu şamil etmək mümkün deyil.Banklardan fərqli olaraq mağazalar problemli kreditləri geri almaq üçün bir çox hüquqi imkanları yoxdur. Elə buna görə də ödənməmiş kredit problemi daha çox mağaza daxili verilən kreditlərdə olur.

Ekspertlər daxili kreditlərin əksər hallarda alıcılara daha baha başa gəldiyini deyir. Burda isə istənilən halda daha çox itirən elə alıcı özü olur.