Lütfi Zadəyə 10 minlik mükafat

lutfi-zadeye-10-minlik-mukafat
Oxunma sayı: 2162

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"n təqdimetmə mərasimi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə və akademik Böyükkişi Ağa oğlu Ağayev Azərbaycanda qara ciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların atlası” kitabının hazırlanmasında xidmətlərinə görə bu ali mükafata layiq görülüblər.

Bildirilib ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sonuncu iclasında qəbul olunub. Qərarda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələrinin elan edilməsi, adları çəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə məsələlər öz əksini tapıb.