Kraliça işçi axtarır - 17 min avro maaş verəcək

kralica-isci-axtarir
Oxunma sayı: 3068

Bukinqem sarayının mətbuat xidməti xidmətçi vakansiyası elanını yerləşdirib.

Qafqazinfo”nun məlumatına görə, “The Telegraph” nəşrinin xəbərində bildirilir ki, bu vəzifəni daşıyacaq şəxs sarayda xalça və mebellərdən tutmuş tarixi vaza və şəkillər də daxil olmaqla ümumilikdə təmizlik işlərinə baxacaq.

Xidmətçi olacaq şəxs həmçinin qonaqlara qulluq edəcək və xüsusi tədbirlərin təşkilində iştirak edəcək. O, xidməti müqabilində hər ay 17 min avro əmək haqqı alacaq.