“iPhone 6” geri çağrılır - Nasazlığa görə

iphone-6-geri-cagrilir
Oxunma sayı: 3153

“iPhone 6”nın batareyasında yaranan problem səbəbindən geri çağrılaraq yenisi ilə əvəzlənə biləcəyi bildirilib.

Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, “iPhone 6s”də yaranan batareya probleminin bəzi “iPhone 6” modellərində də ola biləcəyi qeyd edilib.

Məlumata görə, bəzi “iPhone 6” modellərində də batareya problemi özünü göstərməyə başlayıb. Belə ki, cihazlarda öz-özünə sönmə ya da batareya ömrünün birdən bitməsi kimi halları qeydə alınıb. Bu səbəbdən həmin telefonlarında “iPhone 6s”də olduğu kimi ödənişsiz batareya dəyişdirmə proqramına daxil edilə biləcəyi vurğulanlb.

“Apple” tərəfindən isə hələki rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, “iPhone 6s” modellərindəki batareya problemi səbəbindən “Apple” həmin telefonları geri çağıraraq yenisiylə əvəzləmişdi.