İnstaqramda daha bir yenilik

instaqramda-daha-bir-yenilik
Oxunma sayı: 2023

İnstaqram sosial şəbəkəsi daha bir yeni funksiya tətbiq edib.

Qafqazinfo” xəbər verir ki, funksiyaya əsasən, artıq bir paylaşımda 10 ədəd şəkil yerləşdirmək mümkün olacaq. Bu barədə şirkətin bloqunda yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, yeni paylaşımdan öncə xüsusi düyməni basmaq, daha sonra isə 10 foto seçmək lazımdır.

Şəkilləri ümumilikdə bir formada və ya ayrılıqda redaktə etmək mümkün olacaq.