İlham Zəkiyev məzun oldu - Foto

ilham-zekiyev-mezun-oldu
Oxunma sayı: 5264

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olub.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, 36 yaşlı idmançıya ali təhsil haqqında diplom artıq təqdim edilib. O, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

İ.Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin gülləsinə tuş gəlib. Nəticədə o, görmə qabiliyyətini itirib. Sonradan İ.Zəkiyev paralimpiyaçı cüdoçuların mübarizəsinə qatılıb, “Afina-2004” və “Pekin-2008” Yay Paralimpiya Oyunlarında 100 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl, “London-2012”də gümüş medal qazanıb. Təcrübəli cüdoçunun aktivində “Bakı-2015” birinci Avropa Oyunlarının qızıl medalı, eləcə də ikiqat dünya və beşqat Avropa çempionu titulları da var.