İlham Əliyev Cümə məscidində

ilham-eliyev-cume-mescidinde-
Oxunma sayı: 645

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, prezident məsciddə əsaslı təmir və bərpa işləri ilə tanış olub. Bildirilib ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilib. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülüb və dini məbəddən anbar kimi istifadə olunub. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşib. 1992-ci ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.

2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşüb. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi məsciddə təmir-bərpa işlərinə başlayıb. Ötən ilin iyununda iş başa çatdırılıb. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılıb. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılıb.

Prezident İlham Əliyev Salyanda rayon icra hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış olub. “Kür” hotelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyətinə baxıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

Həmin gün İlham Əliyevin iştirakı ilə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolu açılıb.