İki qohum araq içdi - Biri öldü...

iki-qohum-araq-icdi-
Oxunma sayı: 1846

Şəmkir rayonunda yeyib-içən iki qohumdan biri ölüb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 28-də Şəmkir rayonunda yaşayan Oqtay Əmiraslanov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Araşdırmalar zamanı O.Əmiraslanovun qohumu Elyar Əmiraslanovla birgə sonuncunun yaşadığı evdə spirtli içki qəbul etməsi, E.Əmiraslanovun zəhərlənmədən ölməsi müəyyən edilib. E.Əmiraslanovun meyiti şəhərdəki evində aşkar edilib.

Murad Əhməd