İçki adamı tez qocaldır

icki-adami-tez-qocaldir
Oxunma sayı: 1750

Alkoqollu içmkilərin müntəzəm və böyük miqdarda qəbulu arteriyaların sürətlə qocalmasına səbəb olur. "Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, Amerika Kardiologiya Assosiasiyasının tədqiqatları xüsusən kişilərin alkoqoldan sürətlə qocaldığını ortaya qoyub.

Uzun illər ərzində kardioloqlar 3869 nəfəri (onların 70%-i kişidir) müşahidə ediblər. Xüsusən, içki içmə stajı 25 ildən artıq olan şəxslər alimlərin nəzarəti alıtnda olublar.

Müəyyən olunub ki, həftədə azı 112 qram etanol (1 litr pivədə 40 qram etanol var) qəbul edən şəxslərin arteriyalarının elastikliyi çox aşağı səviyyədə olub. Bu qan dövranının normal fəaliyyətinə mane olub və ürək-damar xəstəliklərinin üzə çıxmasına yol açıb. Bu fonda alkoqol qəbul edənlər sürətlə yaşlanıb, onlarda infarkt və insult hallarının sayının kəskin artımı müşahidə olunub.