Hitlerin qırmızı telefonu satışa çıxarıldı

hitlerin-qirmizi-telefonu-satisa-cixarildi
Oxunma sayı: 1287

Adolf Hitlerin İkinci Dünya Müharibəsi zamanı düşərgələrdə əsir saxlanılan minlərlə yəhudinin ölüm əmrini verdiyi qırmızı telefonu ABŞ-ın Merilend ştatında satışa çıxarılıb.

Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, telefonun ilkin qiyməti 100 min dollardan başlayır və bunun 300 min dollara çatacağı gözlənilir.

Auksionun keçirildiyi evdən bildirilib ki, növbəti həftəsonu potensial alıcıların təklifləri dəyərləndiriləcək.

Qeyd edək ki, telefon sovet əsgərləri tərəfindən Hitlerin bukerində tapılıb. Telefonun üzərində qartal rəsmi təsvir olunub ki, bu da Hitlerin adını təmsil edir.