Hindistan Ayda helium-3 hasilatına başlamağı planlaşdırır

hindistan-ayda-helium-3-hasilatina-baslamagi-planlasdirir
Oxunma sayı: 946

Hindistan 2030-cu ilədək Ayda helium-3 hasilatına və ondan enerji ehtiyatı kimi istifadə etməyə hazır olacaq.

Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) professoru Sivatxan Pillaiyə istinadən "IANS" agentliyi məlumat yayıb.

Alim qeyd edib ki, müəssisə Ay səthinin istismarına hazırlaşır və on il ərzində bu proses mümkün olacaq.
Helium-3 izotopu Yer kürəsində olduqca cüzi miqdarda – ildə təqribən bir neçə on qram hasil edilir.

Hind və rus alimlərin qiymətləndirməsinə görə, Ayda bu ehtiyatın həcmi bütün maraqlı ölkələrin təmin edilməsi üçün kifayət qədərdir.