Himalayın zirvələrindən birinə Savçenkonun adı verildi

himalayin-zirvelerinden-birine-savcenkonun-adi-verildi
Oxunma sayı: 1382

Himalay dağının zirvələrindən birinə ukraynalı pilot Nadejda Savçenkonun adı verilib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ukraynalı idman jurnalisti Valentin Şerbaçev bildirib.

“Mən ötən ay zirvələrdən birinə Nadejda Savçenkonun adını verməyi qərara aldım. Çünki bu qadın iki il ərzində təkbaşına sistemə qarşı mübarizə aparıb”,- deyə jurnalist söyəyib.

Onun sözlərinə görə, Nepal hökuməti zirvələrdən birinin “Nadiya” adlandırılmasına dair rəsmi sertifikat verib.

Xatırladaq ki, Rusiyada 22 il azadlıqdan məhrum edilən ukraynalı pilot Nadejda Savçenko mayın 25-də terrorçuluq fəaliyyətində ittiham edilərək 14 il azadlıqdan məhrum edilən rus məhbuslar - Yevqeni Erofeyev və Aleksandr Aleksandrovla dəyişdirilərək ölkəsinə təhvil verilib.