Həkimlər “Pokemon GO”nu dəstəkləyir - “Faydalıdır”

hekimler-pokemon-gonu-destekleyir
Oxunma sayı: 1995

Həkimlər bu yaxınlarda çıxan və reallığa uyğunlaşdırılmış “Pokemon GO” oyununu dəstəkləyiblər. Onlar bildiriblər ki, virtual pokemon tutmaq ilə müşayiət olunan fiziki fəallıq oyunçulara böyük fayda gətirir. Əgər əvvəllər texnologiya və oyun sənayesi fəallığın azalması və sağlamlıq problemləri ilə assosiasiya olunurdusa, indi vəziyyət dəyişib.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, Miriam xəstəxanasının Elmi-tədqiqat çəkiyə nəzarət mərkəzinin (ABŞ) təmsilçisi Cey Qrehem Tomas bunu belə şərh edib: “Texnologiyanın və oyunların fiziki fəallığı və başqa insanlarla ünsiyyəti təşviq etməsini görmək həqiqətən çox xoşdur”.

Kanadalı mütəxəssislər tərəfindən aparılan yeni tədqiqat göstərib ki, insultdan sonra əlləri pis hərəkət edən xəstələrin reabilitasiyası üçün kart, cenqu və s. kimi stolüstü oyunların virtual versiyalarından istifadə etmək olar. Alimlərin sözlərinə görə, insanın oyunu udması elə bir əhəmiyyət daşımır, əsas məsələ biləkləri və əlləri sürəkli hərəkət etdirməkdir.

Tədqiqatçılar deyir ki, yeni oyun insanları daha çox hərəkət etməyə məcbur edir, onların fiziki fəallığını artırır. Bir “Twitter” istifadəçisi yazıb: “Dünən axşam həqiqətən 13 kilometr keçdim... Bu pokemonlar məni formada saxlayır”.