Hansı rayondan daha çox şikayət var?

hansi-rayondan-daha-cox-sikayet-var
Oxunma sayı: 2903

2016-cı ildə Prezident Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialı yazısında məlumat verilib.

Yazıda qeyd olunur ki, ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur. Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olub.

Ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər.

Müraciətlərin ümumi sayında vətəndaşlar üçün həyati əhəmiyyət daşıyan səhiyyə və təhsil sahələri üzrə faiz nisbətinin ildən-ilə azalması diqqəti cəlb edir.

2016-cı ildə əvvəlki ilə nisbətən iki dəfə çox, – 56 min 631 nəfər münasib işlə təmin olunmuş və bunlardan 20 min 745-i gənclər olmuş, 1148 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

2016-cı ildə kənd təsərrüfatı üçün kreditlər verilməsi mövzusunda müraciətlər əvvəlki ilə nisbətən 50,7 faiz çox olub. Sənaye və istehsal sahələrinin yaradılması üçün kreditlərin verilməsi mövzusunda daxil olan müraciətlər bütövlükdə əvvəlki ildən üç dəfə çoxdur.