Hamiləlik üçün ən ideal vaxt...

hamilelik-ucun-en-ideal-vaxt
Oxunma sayı: 2877

Hamiləlik üçün ən ideal yaş 20 ilə 32 yaş arasıdır. Bu yaşlar ən təhlükəsiz yaşlardır. Kişilər ata olmağa tələsmədiyi halda, qadınlar həmişə evdə qalma qorxusundan gecikdiyini düşünürlər. Buna görə də ana olmağı arzulayırlar...

Qafqazinfomusavat.com-a istinadən bildirir ki, Türkiyənin qadın portallarından biri övlad sahibi olmaq üçün hansı yaşın ideal olması ilə bağlı sorğu keçirib. Bu araşdırmada 2846 nəfər iştirak edib. Araşdırmanın nəticələrinə görə, kişilər erkən yaşda ata olmağın əleyhinədir. Qadınların çoxu ana olmaq üçün 25-30 yaş arasının ideal olduğuna inanır.

Övlad sahibi olmaq üçün 31-35 yaş arası kişilərin 47 faizi ata olmağı arzulayır, qadınların isə 23 faizi ana olmağa hazır olduğunu deyir. Fikir ayrılığı 25-30 yaş arası üçün də keçərlidir. Qadınların 52 faizi ana olmağa razı olarkən, kişilərin ancaq 25 faizi özünü ata olmağa hazır hiss edir.

Sosial rifah artdıqca uşaq sayı azalır - kişilər uşaq sahibi olmaq istədiyi zaman evlənmək istəyirlər və bu sahədə tələsmirlər. Qadınlar isə bioloji baxımdan karyeralarının yüksəldiyi yaş həddində- 25-30 yaş arasında ana olmağa qərar verirlər.