Hakerlər “Mail.Ru”nun 25 min hesabını oğurladı

hakerler-mailrunun-25-min-hesabini-ogurladi
Oxunma sayı: 1142

“Mail. Ru Group”da qeydiyyatdan keçmiş 25 min hesab hakerlər tərəfindən oğurlanıb.

Qafqazinfo”nun Rusiya mıətbuatına istinadən verdiyi məlumata görə, oğurluğu 2 kiber-cinayətçi törədib.

Qeyd olunur ki, hakerlər “cfire.mail.ru”da 12, 8 milyon, “parapa.mail.ru”da 8, 9 milyon, “tanks.mail.ru”da isə 3, 2 milyon hesaba daxil ola bilib.

Hakerlərin əlində istifadəçi nikləri, elektron poçtlar, parol və doğum tarixləri olub. Onların İP-ünvanları, yerli və mobil telefon nömrələrini də öyrəndikləri təxmin edilir.