Göyərçin məhkuma telefon aparanda yaxalandı

goyercin-mehkuma-telefon-aparanda-yaxalandi
Oxunma sayı: 4581

Braziliya türməsinin gözətçiləri məhkumlardan birinə mobil telefon aparan göyərçini yaxalayıblar.

Qafqazinfo” “musavat.com”a istinadən xəbər verir ki, Braziliyanın ədliyyə qurumu insidentin Nilton Sİlva türməsində, 10 fevralda baş verdiyini bildirib.

Franku-da-Roşa şəhərində yerləşən həbsxanada bu kimi hallar normaya çevrilib. Nəzarətçilər görüblər ki, məhkumlar göyərçin tutublar və həmin göyərçinə nəsə geyindirilib. Onlar dərhal quşu tutub, ona jilet geyindirildiyini, jiletin cibində isə mobil telefon və batareya olduğunu görüblər.

Oktyabr ayında isə hind hərbçiləri Pakistandan təhdid xarakterli məktub daşıyan poçt göyərçini yaxalayıblar. Fevral ayında göyərçin qaçmağa cəhd etsə də, onu yaxalayaraq, yenidən qəfəsə salıblar.