“Google” kompaniyasının sahibi “Alphabet Inc” holdinqi “Uber”i müəllif hüquqlarını pozmaqda ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Məlumata görə, 9 il “Google”də işləyən Entoni Levandovski şirkəti tərk edən zaman sürücüsüz avtomobillərin yaradılması ilə bağlı 9,7 qiqabaytlıq informasiyanı oğurlayıb. O, daha sonra “Uber”lə əməkdaşlığa başlayıb.
Artıq şirkət San-Fransisko dairə məhkəməsinə ərizə ilə müraciət edib.