“Google” “Uber”i məhkəməyə verib - Maşına görə + Fotolar

google-uberi-mehkemeye-verib
Oxunma sayı: 2078

“Google” kompaniyasının sahibi “Alphabet Inc” holdinqi “Uber”i müəllif hüquqlarını pozmaqda ittiham edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Məlumata görə, 9 il “Google”də işləyən Entoni Levandovski şirkəti tərk edən zaman sürücüsüz avtomobillərin yaradılması ilə bağlı 9,7 qiqabaytlıq informasiyanı oğurlayıb. O, daha sonra “Uber”lə əməkdaşlığa başlayıb.

Artıq şirkət San-Fransisko dairə məhkəməsinə ərizə ilə müraciət edib.