Gəlin bəyin adını səhv dedi - Nişanda qəribə hadisə +Video

gelin-beyin-adini-sehv-dedi
Oxunma sayı: 10002

Azərbaycandakı toy və nişan məclislərindəki maraqlı adət-ənənələri çəkib göstərən "Ənənə boxçası” verilişi bu dəfə Mərdəkanda nişan məclisində olub.

"Qafqazinfo" Baku.ws-ə istinadən xəbər verir ki, nişan mərasimi maraqlı məqamları ilə diqqət çəkib. Belə ki, gəlin bəyin adını səhv deyib. Bəyin adının Sənan olduğunu söyləyən gəlinin səhvi, bəy özünü aparıcıya təqdim edərkən ortaya çıxıb. Oğlan bildirib ki, adı Sakitdir.

Qeyd edək ki, bir müddət əvvəl də bənzər hadisə baş verib. Verilişin iştirak etdiyi toylardan birində bəy gəlinin adını bilməyib.