Ərdoğanın qızının gəlinliyini məşhur bacılar tikib - Foto

erdoganin-qizinin-gelinliyini-meshur-bacilar-tikib
Oxunma sayı: 2586

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyanın mayın 14-də iş adamı Səlçuk Bayraqdarla toyunda geyindiyi gəlinliyi kimin tikdiyi məlum olub.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəlinlik dünyaca məşhur türk dizayner bacılar – Ayşə və Ece Egeyə məxsusdur.

Ayşə Ege Boğaziçi Universitetinin tələbəsidir, Ece Ege isə Parisdə moda təhsili alıb. Bacılar 1994-cü ildə “Dice Kayek” brendinin əsasını qoyublar. İlk kolleksiyalarının tanıtımını da Parisdə ediblər.

“Dice Kayek” brendi hazırda 35 ölkədə təmsil olunur.