Dünyanın ən böyük radioteleskopu işə başladı - Fotolar

dunyanin-en-boyuk-radioteleskopu-ise-basladi
Oxunma sayı: 4041

Çinin Quançjoy vilayətində yerləşən dünyanın ən böyük radoiteleskopu-FAST işə salınıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “ShanghaiDaily.com” məlumat yayıb.

Tikintisi 2011-ci ildən başlayan radioteleskopun açılış mərasiminə yüzlərlə insan qatılıb. Diametri 500 metr olan radioteleskopun ərazisi 30 futbol meydanına bərabərdir. Teleskopun tikintisinə 180 milyon dollar xərclənib.

FAST-ın köməkliyi ilə astronomlar 11 milyard işıq ili uzaqlıqdakı kosmik obyektləri izləyə biləcəklər.