“Dolma” qalmaqalı Türkiyə mediasında

dolma-qalmaqali-turkiye-mediasinda
Oxunma sayı: 4113

Uzun illərdir Azərbaycanla Ermənistan arasında mübahisəyə səbəb olan dolma mövzusu Türkiyə mediasında da gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, Əbülfəs Qarayevin “Dolmanın bişirilməsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayllar hazırlanır”-fikrini əsas gətirən türk mediası dolmanın türk mədəniyyətinə aid olduğunu yazıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayllar hazırlandığını demişdi.

Aysel Kərimova