Daha bu vəziyyətdə evə getməyəcəksiz... - Şad xəbər

daha-bu-veziyyetde-eve-getmeyeceksiz
Oxunma sayı: 4378

Bakıətrafı ərazilərdən şəhərə gələn avtobusların sayı sentyabr ayından sonra sərnişin sıxlığına əsasən müəyyən ediləcək.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, ətraf qəsəbələrdən şəhərə sərnişindaşıma fəaliyyətindəki bəzi problemlər yaxın aylarda öz həllini tapacaq:

“Hazırda mərkəzdə nəqliyyatla bağlı problem qismən aradan qaldırılıb. Ancaq ətraf qəsəbələrdən, digər şəhərlərdən, məsələn, Xırdalan, Sumqayıt və s. şəhərə doğru istiqamət alan marşrut xətlərdə həmin avtobuslardan istifadə edən əhalinin axını öyrənilmədiyi üçün avtobus sayı tərs mütənasib ötürülüb. Nardaran, Məştağa qəsəbəsindən gələn avtobuslarda əhalinin sıxlığı sadəcə pik saatlarda müşahidə olunur. Digər saatlarda sərnişin sayının az olduğunu görən daşıyıcı şirkət avtobus buraxmayıb və yaxud az avtobus buraxıb. Artıq sentyabrdan bu problemin tamamilə həllini tapması gözlənilir. Çünki marşrut xətləri daşıyıcı şirkətlərə yox, dövlətə məxsusdur. Xüsusilə də, indi Nəqliyyat Agentliyinin tam nəzarətindədir. Marşrut xəttinə nə qədər sayda avtobusun buraxılması artıq agentlik tərəfindən təyin olunacaq. Hazırda sərnişinlərin sayını müəyyən etmək üçün statistika aparılır. Həmin sərnişin axınına, saya əsasən avtobus sayı müəyyən ediləcək”.

Günel Hacı