Cavid Qurbanov xanım jurnalistə vəzifə verdi

cavid-qurbanov-xanim-jurnaliste-vezife-verdi
Oxunma sayı: 14326

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib.

Qafqazinfo” xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, QSC sədri Cavid Qurbanovun əmri ilə qurumun mətbuat katibliyi ləğv edilib.

Onun əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı təyin edilib.

Qeyd edək ki, Sevinc Qədirova bundan əvvəl ANS və Lider telekanallarında işləyib.