Bu sistem sizə yıxılmaq təhlükənizdən xəbər verəcək

bu-sistem-size-yixilmaq-tehlukenizden-xeber-verecek
Oxunma sayı: 1984

Yerə yıxılma yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Yaşlandıqca koordinasiyanın itirilməsi vəziyyəti ağırlaşdırır. Məhz yaşlı nəsil üçün hazırlanmış sensorlar sistemi insanları yerə yıxılma ehtimalı ilə bağlı əvvəlcədən xəbərdar edəcək.

Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, gənclərdən fərqli olaraq qocalar hətta kömək çağırmaq qabiliyyətinə malik deyillər. Amma ABŞ alimlərinin ixtirası bu vəziyyəti tamamilə dəyişdirə bilər.

Missuri Universitetinin alimləri tərəfindən hazırlanmış ixtira kiçik datçik və sensorlar sistemindən ibarətdir, geyimə bərkidilir və hərəkətə mane olmur. Qurğu hərəkət sürətini, hər iki ayaq və bir ayağın addımları arasındakı məsafəni və məsafənin qət edilməsinə sərf edilən vaxtı qeydə alır. Belə ki, alimlərin araşdırmasına görə, hərəkət sürətinin saniyədə 5 sm azalması və addımlar arasındakı məsafənin azalması yerişin dəyişikliyinə və yaxın üç həftə ərzində tarazlığın itirilməsi riskinin 86% artmasından xəbər verir.

Layihənin direktoru Merilin Rans ümid edir ki, onun ixtirası yaşlı insanları travmalardan qorumağa kömək edəcək.

İxtira “TigerPlace” adlandırılıb. Qurğu sınaqlardan müvəffəqiyyətlə keçib və alimlər onu ABŞ-ın qocalar evlərində tətbiq etmək barədə razılıq əldə etməyə hazırlaşırlar.