Brandenburq qapısında türk bayrağı...

brandenburq-qapisinda-turk-bayragi
Oxunma sayı: 1392

Almaniyanın paytaxtı Berlində Türkiyə bayrağının rəngləri işıqlandırılacaq.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Berlin şəhərinin mətbuat və informasiya şöbəsi məlumat yayıb. Bildirilir ki, Atatürk hava limanında baş verən terror aktından sonra Berlin qardaş şəhər İstanbulla həmrəy olduğunu göstərmək məqsədilə bu axşam tarixi Brandenburq qapısını türk bayrağının rənglərilə işıqlandırılacaq. O da qeyd edilir ki, baş verən terror aktına görə Berlin bələdiyyə sədri Maylk Müller İstanbul bələdiyyə sədri Qədir Topbaşa məktub ünvanlayıb. Müller məktubunda Atatürk havalimanında törədilən terror hücumlarından dolayı məyus olduğunu bildirib.

Aysel Kərimova