“Bir gecəlik münasibətimə görə Türkiyədə qadın qalmazdı” dedi - Cinayət işi açıldı

bir-gecelik-munasibetime-gore-turkiyede-qadin-qalmazdi-dedi
Oxunma sayı: 4766

Türkiyəli iş adamı, milyarder Ali Ağaoğlu haqqında cinayət işi açılıb.

Qafqazinfo”nun məlumatına görə, “Hürriyət” qəzetinin yazarı Ahmet Hakan Coşkun 2 may 2016-cı il tarixli xəbərində A. Ağaoğlunun “Bir gecəlik münasibətlərdən xoşum gəlmir. Əgər xoşum gəlsəydi, Türkiyədə qadın qalmazdı” ifadəsini işlətdiyini bildirib. Onun bu iddiasından sonra Bakırköy məkhəməsi iş adamına qarşı cinayət işi açıb.

62 yaşlı iş adamı haqqındakı cinayət işi “Xalqın bir hissəsini sosial sinif, irq, din, məzhəb, cinsiyyət və ya bölgə ayrıseçkiliyinə dayanaraq təhqir etmək” maddəsi üzrə açılıb.