Türkiyə baş naziri Binəli Yıldırım albaniyalı həmkarı Edi Rama ilə qarşılaşıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Binəli Yıldırım baş nazir postuna təyin olunandan sonra ilk dəfə Çankaya köşkündə Ramanı qarşılayıb.
2.02 metrlik boyu ilə dünyanın ən uzunboylu baş naziri kimi tanınan Edi Ramanın Yıldırımla yanaşı dayandıqda maraqlı görüntüləri ortaya çıxıb.