Beyninizin yaxşı işləməyini istəyirsinizsə, süd için

beyninizin-yaxsi-islemeyini-isteyirsinizse-sud-icin
Oxunma sayı: 2208

ABŞ alimləri südün insan beyninin fəaliyyətinə təsir edən ən faydalı ərzaq olduğunu müəyyən ediblər.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, bu barədə “Belta” saytı məlumat yayıb.

Belə ki, elm adamları bu qənaətə 60-dan çox könüllü arasında aparılan eksperiment nəticəsində gəliblər.

Tədqiqatlarda yalnız yaşlı insanlar iştirak ediblər. Onlardan hər gün süd içmək tələb olunub. Nəticədə, verilən tapşırığa riayət edənlərin beyinlərinin daha yaxşı fəaliyyət göstərdiyi müşahidə edilib.

Alimlər bunu süd içərkən insan orqanizmində müəyyən turşuluğun yaranmasına səbəb olan qlutationun əmələ gəlməsi ilə izah edirlər ki, bu da beyində yaşla əlaqədar xəstəliklərin qarşısını almağa kömək edir.