Bakıda hərbçi qadından ibrətamiz addım

bakida-herbci-qadindan-ibretamiz-addim
Oxunma sayı: 3863

Azərbaycan Beynəlxalq Bankının müştərisi Yetər Əzizova nümunəvi addım atıb.

Qafqazinfo” xəbər verir ki, fevralın 4-də o, Fəvvarələr Meydanındakı bankomatlardan birindən pul çıxarmaq istəyib. Kartı bankomata daxil edəndə kiminsə öz pulunu burada unutduğunu görüb.

Başqa əllərə keçməsin deyə onu özündə saxlayıb. Qadın bankın müştəri xidmətini bu barədə məlumatlandırıb. Vəsaitin Nurlan adlı müştəriyə məxsus olduğu aydınlaşanda Baş ofisə gələrək 35 manat vəsaiti sahibinə çatdırmaq üçün təhvil verib.

Bank qeyd edir ki, Yetər Əzizova ehtiyatda olan hərbçidir.