Bakıda ayı peyda olub - Yenilənib

bakida-ayi-peyda-olub
Oxunma sayı: 7710

Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.

Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

“Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub”, - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

"BakuBus" və Fövqəladə Hallar Nazirliyindən məlumatı təsdiqləyiblər. Onun bala ayı olduğunu qeyd ediblər. FHN-dən bildiriblər ki, əməkdaşları hazırda hadisə yerindədirlər. Ayını zərərsizləşdirmək üçün işlər aparırlar.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun “Report”a verdiyi məlumata görə, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb. Ayı balası aidiyyəti üzrə təhvil veriləcək.