Azərbaycanlı gəncin layihəsi 23 min qazandı - Sinqapurda

azerbaycanli-gencin-layihesi-23-min-qazandi
Oxunma sayı: 2134

Azərbaycanda yenicə qurulmuş Social Innovation Lab startap koçinq və metnorluq laboratoriyasının startaplarından biri, BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub və 20,000 Sinqapur dolları (23 000 AZN) qazanıb.

Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda layihənin komandasında Yəmən, Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən 6 nəfər fəaliyyət göstərir.

Cəsur Həsənov tərəfindən 2015-ci ildə qurulan BeBonobo artıq müxtəlif beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək 42,000 azn “seed” (toxum) investisiya cəlb etməyi bacarıb. Layihə Malayziyada 2015-ci ildə keçirilən Cleantech Hackathon programında 2-ci yer, Tatarıstan Respublikasında keçirilən Kazan OIC Youth Entrepreneurship Forumunda qalib komandalardan biri olub.

BeBonobo hazırda cənub-şərqi Asiyanın (SouthEast Asia) ən tanınmış akselerator proqramı MAP (MaGIC Accelerator Program) tərəfindən dəstəklənən 25 startapdan biridir.